Türkiyə Cumhuriyyətinin 9-cu Cumhurbaşqanı Süleyman Dəmirəlin Baş konsul Xeyrəddin Qocaya Etimadnaməsi (Etimadnaməni Türkiyə Cumhuriyyətinin keçmişXarici İşlər naziri İsmayıl Cem də imzalamışdır)
"Onların yazıb qoyduqları indi də aktualdır.Yəni cəmiyyətimizdəki çatışmazlıqlar olduğu kimi qalır.Hətta mən deyərdim ki,onların dövründəkindən qat-qat çoxdur.Amma bizim Cəlil Məmmədquluzadə,Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyev kimi qüdrətimiz,istedadımız və qələmimizin gücü çatmır ki,onlar kimi yaza bilək,nöqsanları,çatışmazlıqları cəmiyyətə faş edək.Doğrudur,cəmiyyətdəki eybəcərlikləri tamamilə aradan qaldırmaq mümkün deyil,lakin ola bilməz ki,satira və yumorun kiməsə az da olsa,təsiri olmasın".
"Uşaqlıqdan indiyədək həyatım boyu haqsızlıqlarla,ədalətsizliklərlə rastlaşmışam.Qapılar arxasında çox qalmışam.Hər bir insanın müəyyən xarakteri olduğu kimi,mənim də satira və yumora böyük həvəsim olub.Gözəl satirik əsərlər yazan sənətkarlara heyran olmuşam.Bütün bunlar,eyni zamanda dünyagörüşüm məni satira və yumor yazmağa sövq edib.Ancaq bu yolla ürəyimin dərinliklərindəki məhəbbətimi,bəzən də nifrətimi bildirirəm.Yazılarımın əsas qayəsi bəzi insanları düz yola yönləndirməkdir.Yəni kimisə alçaltmaq yox,məhv etmək yox,məhz yönləndirmək üçün satira və yumordan istifadə edirəm".
"Dünyada anadan böyük,anadan qiymətli xilqət tanımıram.Ailədə 10 uşaq olmuşuq.Rəhmətlik anam qayğımızı elə çəkərdi ki,səliqəmiz,sahmanımız yerli-yerində olardı.Paltarımız nimdaşdı,amma təmiz idi.Onun möhtəşəmliyi gözlərimdə elə şəhanə ana heykəli ucaltdı ki,mənim nəzərimdə çirkin qadın obrazı qalmadı.Əgər varsa da,bu sərt həyatın günahıdır".
"Yaradan özü bilər insanları neçə sifətdə yaradır,necə yaradır,nə biçimdə yaradır.Biz onun işinə qarışa bilmərik.Əttövbə! Amma sizə qurban olum,bu qədər yaltaq,ikiüzlü (lap elə çox üzlü),əyri,oğru,quldur,rüsvətxor olar? Bilmirsən qarşındakı ziyalıdır,yoxsa yaltaq?! Diqqətlə sifətindəki yaltaqlıq qırışlarına baxanda görürsən ki,bu elə ziyalı-yaltaqdır".