SƏHİFƏLƏR |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
YAŞ ÜSTƏ YAŞ GƏLSƏ DƏ...
(Yazıçı dostum Xeyrəddin Qocaya həsr edirəm)
O,sənət yollarında ürək sirdaşımızdır,
Gözəl əsərlər yazan qələm yoldaşımızdır.
Kamil sənətkarımız, cavan qardaşımızdır,
Xəyalilə, fikriylə göylərdən ucadır o,
Xeyrəddin Qocadır o.
Daim gəzir, dolaşır bu obanı, bu eli,
Sinəsində çağlayır coşğun bir duyğu seli.
Çoxuna örnək olub yaxşı işi, əməli
Sadə davranışıyla böyükdür, ucadır o,
Xeyrəddin Qocadır o.
Köksündə elə bil ki, qovuşubdur Araz, Kür,
Məclislərin başında hər bir zaman görünür,
Qəlbinin işığilə hər yan nura bürünür,
Ucada duranların çoxundan ucadır o,
Xeyrəddin Qocadır o.
Azərbaycan-daim fəxri, vüqarı,
Musiqinin, sənətin həmdəmi, xiridarı,
Könlündən könüllərə hey axır duyğuları,
Yaş ustə yaş gəlsə də, deməyin qocadır o,
Xeyrəddin Qocadır o.
İstanbulda elçimiz bir zamanlar o oldu,
Rəftarilə hamı üçün o yenidən doğuldu,
Yaxşılığı itirmir, qədirbilən oğuldur,
Daim sevgisi, eşqi, amalı ucadır o,
Xeyrəddin Qocadır o.
Bir ulduzdur parlayır, öz işığı, öz nuru,
Tanıyanlar bilirlər sınmaz onun qürürü,
Onunla kəlmə kəsən təmizlənir, durulur,
Dostların ürəyində gör necə ucadır o,
Xeyrəddin Qocadır o.
Şirin, ürəkaçandır onun sözü-söhbəti,
Yazıb-yaratdıqları onun varı-dövləti,
Özündən öndə gedir adı, şanı-şöhrəti,
Vallah, mənim gözümdə Nəsrəddin Xocadır o,
Xeyrəddin Qocadır o!
Ramiz Heydər
50 İllik yubileyi münasibətilə dəvətnamə
Yazıçı-dramaturqun 60 illik yubileyi münasibətilə xüsusi buklet (2010).
|
|
|
|
|
|
|
|
|
|
|
|